Xəbər lenti

Çin və Braziliya Ukraynada sülhlə bağlı birgə bəyanat yaydılar
Dünya 12:53 24.05.2024

Çin və Braziliya Ukraynada sülhlə bağlı birgə bəyanat yaydılar

Braziliya və Çin Rusiya və Ukrayna arasında hər iki ölkənin iştirakı ilə sülh danışıqlarına çağırır, çünki belə bir addım "Ukrayna böhranını” həll etməyin yeganə yoludur.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentliyin yazdığına görə, müvafiq bəyanatı cümə axşamı, mayın 23-də Braziliya prezidentinin xüsusi müşaviri Selso Amorim və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

"Reuters”in məlumatına görə, sənəddə qeyd olunur ki, hər iki ölkə "uyğun vaxtda, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının ədalətli müzakirəsi ilə keçirilən” beynəlxalq sülh konfransını dəstəkləyir.

Braziliya və Çin həmçinin bütün tərəflərdən münaqişənin deeskalasiyasının üç prinsipinə riayət etməyi tələb edirlər: döyüş meydanını genişləndirməməsi, hərbi əməliyyatları intensivləşdirilməməsi və təxribatlardan çəkinmə. Bəyanatda ölkələr həmçinin kütləvi qırğın silahlarından, xüsusilə nüvə, kimyəvi və bioloji silahlardan istifadənin yolverilməzliyini qeyd edir və nüvə silahının yayılmasının qarşısının alınması və nüvə böhranından yayınmanın vacibliyinə diqqət çəkirlər.
Xatırladaq ki, Braziliya prezidenti Luis İnasio Lula da Silvanın iyunun 15-16-da İsveçrədə keçiriləcək Qlobal sülh sammitində iştirak etməmək qərarına gəldiyi bildirilib.

Lula da Silva və ölkənin xarici siyasət departamentinin nümayəndələrinin sözlərinə görə, Braziliya liderinin hər iki tərəfin iştirak etməyəcəyi sammitdə iştirakının "heç bir mənası yoxdur”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->