Xəbər lenti

Çin XİN: Ukrayna münaqişəsinə Çin deyil, Böyük Britaniya yağ tökür
Dünya 14:45 23.05.2024

Çin XİN: Ukrayna münaqişəsinə Çin deyil, Böyük Britaniya yağ tökür

Çin Xarici İşlər Nazirliyi hesab edir ki, iki il əvvəl Moskva və Kiyevin razılığa gəlməsinə məhz Londonun hərəkətləri mane olub. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Böyük Britaniyanın Müdafiə Nazirliyinin Pekinin Çinin Rusiyaya silah göndərməyə başlaması ilə bağlı ittihamını belə şərh edib

Onun fikrincə, "alova yağ tökən” məhz Londondur.

"Biz müşahidə etdik ki, Britaniya tərəfinin müvafiq bəyanatları hətta onun yaxın müttəfiqləri tərəfindən də qəbul edilmir. Qeyd etmək lazımdır ki, Ukrayna məsələsində alovun üstünə yağ tökən Çin deyil, Britaniya tərəfidir”, - çinli diplomat bildirib. 

O, həmçinin bildirib ki, iki il əvvəl Rusiya və Ukraynanın münaqişəyə son qoymaq üçün razılığa gəlməyə yaxın olduqları barədə məlumatı var, lakin "Böyük Britaniya və digər tərəflərin maneələri səbəbindən münaqişə bu günə qədər davam edir”, - Venbin bildirib. 

Onun sözlərinə görə, Rusiyaya silah göndərməklə bağlı Çinə qarşı ittihamlar Böyük Britaniyanın Ukrayna məsələsində "səmərəsiz mövqeyini” dəyişməyəcək və ölkə daxilində mövcud olan kəskin problemlərin həllinə kömək etməyəcək. Van Venbin qeyd edib ki, Çin "qanuni hüquq və maraqlarını qorumağa” davam edəcək.
Xatırladaq ki, dünən, mayın 22-də Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib ki, ABŞ və Böyük Britaniya kəşfiyyatı Rusiya və Çin arasında hərbi texnikanın inkişafı sahəsində əməkdaşlıq haqqında sübutlar əldə edib. Onun sözlərinə görə, Ukraynada müharibədə istifadə edilməsi üçün Çindən "öldürücü yardım” artıq gəlir və ya gəlməyə hazırdır.

Öz növbəsində, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ-da Çinin Rusiyaya silah və hərbi texnika tədarükü və ya onun göndərilməsinə hazırlıq barədə məlumat yoxdur. Eyni zamanda, o, ABŞ-ın Çinin Rusiyaya onun müdafiə sənayesində istifadə olunan komponentlərin tədarükündən xəbərdar olduğunu vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->