Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə cinayətləri ittihamlarını araşdıran beynəlxalq komandaya qoşulur.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin ədliyyə agentliyi
bildirib.
Agentlik bildirib ki, BCM prokuroru Karim Xanla Latviya, Polşa və Ukraynanın baş prokurorları beynəlxalq müharibə cinayətləri tribunalının ilk dəfə Ukraynadakı araşdırmalara qoşulması haqqında razılaşma əldə ediblər.
"Bu razılaşma ilə tərəflər Ukraynada törədilmiş əsas beynəlxalq cinayətlər barədə sübutların effektiv şəkildə toplanması və günahkarların ədalət qarşısına çıxarılması üçün bütün səylərin görüləcəyinə dair aydın mesaj verir”, - deyə agentliyin açıqlamasında deyilir.
Nurlan Hüseynov