Xəbər lenti

Çində məmur 21 milyard dollar mənimsəmədə ittiham olunur
Dünya10:56 09.01.2024

Çində məmur 21 milyard dollar mənimsəmədə ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin hakimiyyəti keçmiş məmur Li Zaiyonqu müxtəlif "boş layihələrə" 150 milyard yuandan (21 milyard dollar) çox pul xərcləməkdə ittiham edib.  Söhbət 23 tikinti layihəsindən gedir ki, onlardan 16-sı səmərəsiz və ya fəaliyyətsiz hesab olunur. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"ə yerli dövlət televiziya şirkəti "China Central Television"a istinadən məlumat yayıb.
Bildirilir ki, Li Zaiyonq 2013-2017-ci illər arasında Quizou əyalətindəki Liupanşui şəhərinin rəhbəri olduğu müddətdə şəhərinin lazımsız yerə borc almasına icazə verib və bu bölgənin "aktiki maliyyə imkanlarını nəzərə almayıb.
Aşağı performans göstərən layihələrin siyahısına tikintisi üçün 3 milyard yuandan çox borc götürdüyü Asiyanın ən uzun kanatlı xizək kurortu daxildir. Liupanşuinin artıq iki başqa xizək kurortu var və burada ilin iki ayından az qar yağır. Linin vəzifədə olduğu müddətdə yığılan borcun ümumi məbləği təxminən 2022-ci ildə şəhərin ümumi daxili məhsuluna bərabərdir.
Çin səlahiyyətliləri əyalətlərdə infrastruktur layihələrinə "ehtiyatsız xərcləmələr" nəticəsində yığılan borcları ödəmək üçün mübarizə apardıqları üçün dəfələrlə yerli hökumət borclarını azaltmağa söz veriblər. Keçən il yüksək səviyyəli rəsmilər Çin prezidenti Si Szinpinin iştirak etdiyi böyük iclasda mərkəzi və yerli hökumətlərin borc strukturunu optimallaşdırmağı vəd ediblər.
Aydın