Çinin cənubundakı Quandun əyalətinin Lyantsan bölgəsində uşaq bağçasına bıçaqla hücum nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat
yayıb.
"Qurbanlar arasında bir tərbiyəçi, iki valideyn və üç uşaq var. Bir şübhəli həbs edilib”, - şəhər administrasiyasının sözçüsü bildirib.
Hücum bazar ertəsi yerli vaxtla 7:40-da (Bakı vaxtı ilə 02:40) baş verib.
Polis hücumda şübhəli bilinən 25 yaşlı gənci saxladıqlarını və hadisənin səbəblərini araşdırdıqlarını bildirib.
Nizami Bağırov