Xəbər lenti

Çində zəlzələ: ölənlərin sayı artmaqda davam edir, minə yaxın yaralı var
Dünya07:17 20.12.2023

Çində zəlzələ: ölənlərin sayı artmaqda davam edir, minə yaxın yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində dekabrın 19-na keçən gecə baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. 
Qaynarinfo bu barədə "Reuters"ə istinadla xəbər verir.
Zərər çəkmiş əyalətlərdən birində - Qansuda axtarış işləri artıq yekunlaşıb. Xilasedicilər 78 nəfəri sağ çıxara biliblər. İndi yerli hakimiyyət orqanlarının diqqəti qış yaxınlaşdığı üçün yaralıların müalicəsi və sakinlərin köçürülməsinə yönəlib.
Yenidənqurma işləri və sağ qalanların axtarışı hava şəraitinə görə çətinləşir. Çərşənbə axşamı axşam saatlarında zəlzələnin episentri ərazisində havanın temperaturu təxminən -15°-yə düşüb.
Yerli KİV-in məlumatına görə, dağıntılar altında qalan insanlar -10° temperaturda belə hipotermiya riski ilə üzləşirlər. Belə şəraitdə yalnız 5-10 saat yaşamaq olar.
Qeyd edək ki, dekabrın 19-na keçən gecə Qansu və Çinxay əyalətləri arasındakı sərhəd yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yollara, elektrik və su xətlərinə, kənd təsərrüfatı istehsalı obyektlərinə ziyan vurub. Zərər çəkmiş ərazilərdə sürüşmə və sel suları baş verib. 
Müxtəlif departamentlərdən minlərlə işçi sağ qalanları axtarmaq və məskunlaşdırmaq üçün dağlıq fəlakət zonasına gedib.
Qansuda 207 000-dən çox ev dağılıb, 15 000-ə yaxın ev çöküb, 145 000-dən çox insan zərər çəkib.
Alpər