Pentaqon Latın Amerikası üzərində uçan daha bir Çin şarını görüb. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib ki, bu şar, əvvəllər ABŞ-ın hərbi obyektləri ərazisində aşkar edilmiş hava şarı kimi, "istəmədən” kursdan çıxıb: ona hava şəraiti və məhdud nəzarət imkanları təsir edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberq məlumat
yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirdiyi brifinqdə deyib ki, şar, təsadüfən Latın Amerikası ölkələrinin hava məkanına daxil olub. "O, mülki məqsədlər üçün nəzərdə tutulub, ona hava şəraiti və məhdud özünü idarə etmə imkanları təsir edir", - XİN rəsmisi əlavə edib.
Çinin niyə bir anda iki hava şarına nəzarəti itirdiyini soruşduqda Mao Nin belə cavab verib: "Mən ekspert deyiləm, ona görə də bu suala cavab verə bilmərəm”.
Yanvarın 3-də Şimali Amerikanın Montana ştatı üzərində səmada üç məktəb avtobusu ölçüsündə böyük bir şar görünüb. O, təxminən 60 min fut (təxminən 18 km) yüksəklikdə uçub. Sonradan məlum olub ki, Çin hava balonu buraxıb. O, ABŞ-ın ərazi suları üzərində vurulub. Bununla bağlı Çin etirazını bildirib.
Pentaqon hesab edir ki, ondan strateji hədəflərə casusluq etmək üçün istifadə edilib. Bloomberg-in məlumatına görə, Çin kəşfiyyat balonları Donald Trampın prezidentliyindən bəri ABŞ üzərində uçur. Lakin Pekin bu hava şarının mülki olduğunu və meteoroloji məqsədlər üçün istifadə edildiyini təkid edir.
Nizami Bağırov