Xəbər lenti

Çinin Aİ-dəki səfiri: "Pekin Ukrayna münaqişəsində Rusiyanı dəstəkləmir"
Dünya11:09 05.04.2023

Çinin Aİ-dəki səfiri: "Pekin Ukrayna münaqişəsində Rusiyanı dəstəkləmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çin Ukrayna münaqişəsində Rusiyanın tərəfini tutmur və bəzi insanlar müharibənin başlamasına az qalmış iki ölkə liderlərinin açıqladığı "sərhədsiz tərəfdaşlıq” mesajına görə Pekinin mövqeyini "qəsdən yanlış təqdim edirlər”. 
Qaynarinfo xəbər verir ki, bunu "The New York Times” qəzetinə müsahibəsində Çinin Avropa İttifaqındakı səfiri Fu Kon deyib.
Səfir açıq şəkildə göstərməyə çalışıb ki, Pekin və Moskva arasında münasibətlər hesab edildiyi kimi o qədər də yaxın, Pekin və Kiyev arasındakı münasibətlər Ukrayna tərəfdarlarının şikayət etdiyi kimi o qədər də uzaq deyil və o, Avropanın hər şeydə ABŞ-ı dinləməyi dayandırmasına və müstəqil siyasət aparmağa başlamasına çağırıb. Fu Kon Rusiya və Çin arasındakı tərəfdaşlığa gəlincə, bunları deyib:
"Sərhədsiz – ritorik fənddən başqa bir şey deyil”.
O, Çinin Rusiyanın Krım və Donbas da daxil olmaqla Ukrayna ərazilərini ilhaq etməsini tanımadığını diqqətə çatdırıb. Bundan əlavə, Fu əmin edir ki, Çin Rusiyaya hərbi yardım göstərməyib. ABŞ dövlət katibi Entoni Blinkenin Pekinin Rusiyaya öldürücü silahlar vermək imkanını nəzərdən keçirdiyi barədə fevral bəyanatını o, "televiziyadan yalanların yayılması" adlandırıb.
Çinli diplomat bildirib ki, Çin Rusiyaya indi və ya gələcəkdə Ukraynada istifadə üçün silah verməyəcək.
Fu, Çin prezidenti Si Szinpinin Ukrayna prezidenti Volodimirr Zelenskiyə hələ də telefonla zəng etməməsinin heç bir əhəmiyyətinin olmadığını bildirib: Si çox məşğuldur və iki ölkə arasında əlaqələr daha aşağı səviyyədə aktiv şəkildə həyata keçirilir. "Mən bilirəm ki, insanlar diqqətini sədrin zənginə yönəldiblər. Prezident Sinin Zelenski ilə danışmaması o demək deyil ki, Çin Ukrayna məsələsində Rusiyanın tərəfindədir”, - Çinin Avropa İttifaqındakı səfiri bildirib. 
Nizami Bağırov