Xəbər lenti

Çinin iqtisadi gücünün rəmzi: Sürətli dəmir yolu və küncə sıxılan Rusiya... (ŞƏRH)
Dünya 16:04 24.12.2024

Çinin iqtisadi gücünün rəmzi: Sürətli dəmir yolu və küncə sıxılan Rusiya... (ŞƏRH)

"Yeni dəmir yolunun açılması müəyyən dərəcədə Rusiyanın maraqlarına toxunsa da, Çinlə münasibətləri pozmamaq üçün Moskva həmin məsələyə müqavimət göstərməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu çəkilişinin Pekinlə Moskva arasında münasibətlərə təsirini şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri loqistikadır:

"Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Gürcüstan yeni dəhlizlərin əsas keçid nöqtələridir. O cümlədən, Azərbaycanın orta dəhlizin yeni loqistik mərkəzi olmaq şans və imkanları var. Bunun üçün də ölkəmizdə çoxsaylı infrastruktur layihələri də həyata keçirilib. Yeni dəmir yolunun açılması müəyyən dərəcədə Rusiyanın maraqlarına toxunur. Amma istər-istəməz Çinlə münasibətləri pozmamaq üçün Moskvanın həmin məsələyə müqavimət göstərəcəyini düşünmürəm".
 


Həmsöhbətimiz deyib ki, sözügedən layihə Azərbaycan üçün də yeni fürsətlər açacaq:

"Çin, Qırğızıstan və Özbəkistanı birləşdirəcək yeni xəttin Qazaxıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana qədər uzadılması mümkündür. Bu layihə çox rahat başa gələcək. Buna imkalar var. Bu da Azərbaycan üçün yeni fürsətlər açacaq. Ölkəmizin yeni loqistik mərkəzə çevrilməsi imkanları getdikcə artır. Nəticədə həmin addımın atılması ilə həm tranzit gəlirlərimiz çoxalacaq, həm də ölkəmizin geosiyasi əhəmiyyəti artacaq".

Qeyd edək ki, Çinin Xəzər dənizinə çıxışını təmin edəcək dəmiryolunun tikintisinə başlanılır. Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, dekabrın 27-dən Çin-Qırğızıstan-Özbəkistanı birləşdirəcək dəmiryolunun tikintisinə start veriləcək. O vurğulayıb ki, bu yol Asiyanı Avropa ilə birləşdirəcək yeni ticarət marşurutunun bir hissəsi olacaq.

Qırğızıstan prezidenti qeyd edib ki, 25 il ərzində əksəriyyət bu layihənin gerçəkləşəcəyinə inanmayıb. O bildirib ki, bu yol Şərqlə Qərbi birləşdirəcək strateji körpü olacaq. Xatırladaq ki, həmin dəmiryolu ilə daşınan yüklər Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyədən keçməklə Aropaya daşınacaq. 

Belə bir yolun tikintisi Rusiyanın Ukraynada başladığı müharibə fonunda digər ölkələrə Avropa ilə ticarət üçün mühüm üstünlüklər verir. Bu isə aydın məsələdir ki, Rusiyanın maraqlarına cavab vermir. Adıçəkilən dəmiryolunun tikintisi Moskva ilə Pekin arasında münasibətlərdə gərginlik yarada bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->