Xəbər lenti

Çinin "itkin" XİN başçısının yerinə təyinat
Dünya11:19 25.07.2023

Çinin "itkin" XİN başçısının yerinə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Van İ Çinin yeni xarici işlər naziri təyin olunub.
Qaynarinfo "Sinxua” agentliyinə istinadən xəbər verir ki, Tsin Qan nazir postundan azad edilib.
Qərar Çin parlamentinin iclasında verilib.
Qeyd edək ki, Çin Xalq Respublikasının bundan əvvəlki xarici işlər naziri Qin Qanın uzun müddət ictimai məkanda görünmür. lkə lideri Si Szinpinə kifayət qədər yaxın sayılan Qin sonuncu dəfə iyunun 25-də vyetnamlı həmkarı Bui Tan Son ilə görüşərkən ictimaiyyət qarşısına çıxıb. Bir aydır ondan xəbər yox idi. O, iyulun 11-15-də Cakartada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin illik toplantısını buraxıb. Bunun əvəzinə forumda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi iştirak edib ki, bu da onun statusuna uyğun gəlmir. Həmin vaxt Çin Xarici İşlər Nazirliyi nazirin səhhətində problemlər olduğunu açıqlamışdı.
Ötən gün XİN sözçüsü Mao Ninq bildirmişdi ki, nazirin hazırda harada olması barədə onlarda məlumat yoxdur. Mao nazirin harada olması barədə suala "Mənim təqdim edəcəyim heç bir məlumatım yoxdur", cavabını verib.
Kütləvi informasiya vasitələri Çinin xarici siyasət idarəsinin rəhbərinin ictimai məkandan yoxa çıxması ilə əlaqədar Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Pekinə bu həftə planlaşdırılan səfərini təxirə saldığını bildirib.
Aydın