Xəbər lenti

Çinin sonuncu imperiyası niyə dağılıb? - Alimlər səbəbləri açıqladı
Dünya10:38 04.09.2023

Çinin sonuncu imperiyası niyə dağılıb? - Alimlər səbəbləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vyanada İnteqrasiya Elmlər Mərkəzinin (CHS) rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu 1644-cü ildən 1912-ci ilə qədər mövcud olmuş Çinin sonuncu imperiyası olan Qing sülaləsinin süqutunun əsas səbəblərini müəyyən edib. 
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.
Tarixçilər iki əsr ərzində Qing sülaləsinin süqutunun səbəblərini müəyyən etməyə çalışıblar. CHS qeyd edib ki, keçmişdə müxtəlif amillər, o cümlədən ekoloji fəlakətlər, xarici işğallar, aclıqlar və ya üsyanlar səbəb kimi göstərilib, lakin onların heç biri dağılmaya tam izahat verməyib.
Araşdırmaya görə, Çinin sonuncu imperiyası üç əsas səbəbə görə mövcudluğunu dayandırıb. Bunlardan birincisi 1700-1840-cı illər arasında dördqat əhali artımı idi. Bu, adambaşına düşən torpaq sahəsini kəskin şəkildə azalmasına və kəndlilərin yoxsullaşmasına səbəb olub.
İkincisi, doğum nisbətinin artması elit vəzifələr uğrunda rəqabəti gücləndirib. Müraciət edənlərin sayı artsa da, verilən ali dərəcələrin sayı azalaraq 1796-cı ildə minimuma çatıb. Bu dərəcələr Çin bürokratiyasında vəzifələr üçün tələb olunduğundan, tələb və təklif arasındakı uyğunsuzluq çoxlu sayda narazı insan yaradıb. İmperiyada sosial bərabərliyin olmaması 1850-1864-cü illərdə ümumilikdə 30 milyona qədər insanın ölümünə səbəb olan Taypin üsyanının səbəblərindən biri olub.
Üçüncüsü, iğtişaşlara nəzarət xərcləri, məhsuldarlığın azalması və gümüş ehtiyatlarının tükənməsi səbəbindən artan ticarət kəsiri səbəbindən hökumətin maliyyə yükü artıb.
Tədqiqatın müəlliflərindən biri Piter Turçinin fikrincə, Çinin sonuncu imperiyasının süqutunun səbəblərini anlamaq dünyada mövcud vəziyyəti qiymətləndirmək üçün vacibdir, çünki o vaxt və indiki qeyri-sabitliyin əsas mexanizmləri bir-birinə çox oxşardır.
Aydın