ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiyaya səfəri çərçivəsində Tayvana səfər edəcək. CNN xəbər verir ki, gözlənilən, lakin hələlik təsdiqlənməmiş səfər, Çinin reaksiyasından narahat olan Bayden administrasiyası rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq baş tutacaq .
Tayvanın "The Liberty Times” və "United Daily News” nəşrlərinin məlumatına görə https://udn.com/news/story/122972/6504377?from=udn-ch1_breaknews-1-0-news , Pelosi sabah yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 18:30) Taybeydəki Sonşan hava limanına çatmalıdır. O, gecəni "Grand Hyatt” hotelində keçirəcək, səhər isə Pelosi, Tayvan Qanunvericilik şurasına baş çəkəcək və orada Tayvanın rəhbəri Tsai İnven də daxil olmaqla, adanın hökuməti ilə görüşəcək.
ABŞ Nümayəndələr Palatasının spikeri son 25 ildə ilk dəfə adaya səfər edəcək (respublikaçı Nyut Qinqriç Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu spikeri olu, bu, 1997-ci ildə baş verib), baxmayaraq ki, Pelosinin Tayvan səfəri rəsmi açıqlamaya daxil edilməyib. Spikerin Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura səfər edəcəyi dəqiq məlumdur. Çin nəşri "Global Times” Pelosinin təyyarəsinin "nasazlıq və ya yanacaq doldurma bəhanəsi ilə” Tayvan hava limanına enəcəyini
istisna etmir.
Tayvanlı məmur CNN-ə bildirib ki, spiker axşam saatlarında adaya gələcək və ertəsi günə qədər orada qalacaq. Ağ Ev bildirib ki, Müdafiə Nazirliyi regionda Çin ordusunun istənilən hərəkətini izləmək və təhlükəsizliyin qorunması planını hazırlamaq üçün gecə-gündüz işləyir.
Tayvanın "Liberty Times” qəzeti də səfərə hazırlıqla tanış olan mənbələrə istinadən Nümayəndələr Palatasının spikerinin çərşənbə axşamı Tayvana gözlənilən səfəri haqqında
yazıb .
Pekin bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edərsə, Çin ordusu "hərəkətsiz oturmayacaq”. Buna cavab olaraq ABŞ təyyarələri və təyyarə daşıyan gəmilərini adaya yaxınlaşdırmağa başladı.
Çin diplomatı Tsao Ui Çinin Şərq Hərbi Bölgəsi Komandanlığına istinadən bildirib ki, Pekin "istənilən işğalçı düşməni
basdırmağa hazırdır.”
Çin Dəniz təhlükəsizliyi idarəsi vəziyyətin gərginləşməsi fonunda naviqasiya xəbərdarlığı edərək bildirib ki, avqustun 2-dən 6-dək Cənubi Çin dənizinin bir hissəsində hərbi təlimlər keçiriləcək. Gəmilərin daxil olması qadağandır.
Nizami Bağırov