Rusiya Çinlə ZT-180 kamikadze zərbə dronlarının tədarükü ilə bağlı danışıqlar aparır.
Qaynarinfo bu haqda "Spiegel”ə istinadla xəbər
verir.
Nəşr qeyd edir ki, bu PUA-ların istehsalçısı "Bingo” artıq 2023-cü ilin aprel ayına qədər dronları Rusiyaya təhvil verməzdən əvvəl 100 ZT-180 prototipini istehsal edib sınaqdan keçirməyə razılaşıb.
Hərbi ekspertlər hesab edirlər ki, ZT-180 35 ilə 50 kq arasında olan döyüş başlığını daşımağa qadirdir. Bu PUA-ların dizaynı İranın Şahed-136-nın dizaynı ilə oxşar ola bilər.
Bundan əlavə, Bingo Rusiyaya komponentlər və texnologiya tədarük etməyi planlaşdırır ki, ölkə müstəqil olaraq ayda 100-ə yaxın dron istehsal edə bilsin.
Nəşr həmçinin əldə edilən məlumatlara istinad edərək qeyd edir ki, 2022-ci ildə Çin artıq Rusiya ordusuna əvvəllər məlum olduğundan xeyli əhəmiyyətli dəstək vermək planlarına malikdir. Çin Xalq Azadlıq Ordusunun nəzarətində olan şirkətlər Rusiyanın Su-27 qırıcıları və digər modelləri üçün ehtiyat hissələri tədarük etməyi planlaşdırırıblar.
Hərbi təyyarə hissələrini mülki aviasiya ehtiyat hissələrinə bənzətmək üçün göndərmə sənədlərini saxtalaşdırmaq məqsədilə Çinin artıq planlar hazırladığı da deyilir.
Alpər