Rusiya və Ukrayna arasında münaqişə kritik məqama çatıb və vəziyyət nəzarətdən çıxa bilər, Çinin xarici işlər naziri Qin Qanq deyib.
Qaynarinfo bildirir ki, bu barədə Sinxua Xəbər Agentliyi
yazıb.
Məlumatına görə, nazir vurğulayıb ki, "ya alov sönəcək və dünya siyasi nizamlanmanın düzgün yoluna düşəcək, ya da böhran daha da pisləşəcək, vəziyyət nəzarətdən çıxacaq”.
Eyni zamanda Qin Qanq sanksiya və təzyiqlərin problemi həll edə bilməyəcəyi, "sakitlik, ağıl və dialoq”un kömək edə biləcəyi fikrini ifadə edib. Sülh danışıqları prosesinə mümkün qədər tez başlamaq və "bütün tərəflərin ağlabatan təhlükəsizlik narahatlıqlarını” nəzərə almaq lazımdır”, - diplomat əlavə edib.
Bundan əlavə, nazir bildirib ki, Ukrayna böhranı əvvəlcə "qaçılmaz faciə” idi, lakin bu gün o, o dərəcədə inkişaf edib ki, "ondan alınan dərslər bütün tərəflərin dərindən düşünməsinə dəyər”. O, həmçinin Ukrayna böhranını "Avropa təhlükəsizliyinin idarə olunmasında ziddiyyətlərin alovlanması” adlandırıb.
Alpər