Xəbər lenti

Cinsi azlıqlar radara düşəcək
Dünya10:55 23.10.2013

Cinsi azlıqlar radara düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Küveyt Səhiyyə Nazirliyi cinsi azlıqların ölkəyə girişinin qarşısını almaq məqsədilə "tibbi cinsi azlıq radarı" yaratdıqlarını bildirib.

Qaynar.info
xəbər verir ki, küveytli rəsmilərdən biri verdiyi açıqlamasında deyib ki, səhiyyə işçiləri xarici ölkələrdən gələn vətəndaşların səhhəti ilə bağlı yoxlamalar aparırlar. Bununla yanaşı cinsi azlıqların ortaya çıxarılmasından ötrü sıx tədbirlər də görüləcək.

Rəsmi insanı yoxlayarkən onun cinsi azlıq olub olmadığını necə müəyyən edəcəkləri ilə bağlı açıqlama verməyib.

Məsələ noyabrın 11-də keçirilicək Körfəz Ölkələri Konfransında müzakirəyə də çıxarılacaq.

Ginekoloqlar isə Küveyt hökumətinin cinsi azlıqları aşkar etməsi üçün qan testindən istifadə edəcəklərini bildiriblər.

Qaynar.info