Xəbər lenti

Citibank Rusiyadakı bankomat şəbəkəsini bağlayır
Dünya12:55 04.09.2023

Citibank Rusiyadakı bankomat şəbəkəsini bağlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Wall Street-in ən böyük banklarından biri olan Citigroup Inc-in rus "törəməsi" - "Citibank" sentyabrın 4-də bankomat şəbəkəsinin qapandığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskva Tayms” yazıb.
"Hörmətli müştərilər, nəzərinizə çatdırırıq ki, Citibank-ın bankomatlarında xidmətin dayandırılması prosesi başlayıb. 2023-cü ilin sonuna qədər bütün bankomatlar söküləcək", - bankın müştərilərə ünvanladığı mesajda deyilir.
İndi əksər əməliyyatlar Citibank-ın onlayn bankçılığı vasitəsilə müştərilərə təklif olunur.
2022-ci ilin sonunda Rusiyanın Uralsib bankı Citibank-ın istehlak kreditləri portfelini alıb və bu kreditlərə xidmət göstərməyə davam edəcək.
Citigroup Inc keçən yayın sonunda Rusiya bölməsini bağladığını elan edib və bu, təxminən 170 milyon dolların silinməsinə səbəb olmalı idi.
Beləliklə, Uralsib ilə razılaşma Citi-nin Rusiyadakı əməliyyatları və mövcudluğunu azaltmaq planının bir hissəsi idi, - Citigroup izahatında bildirmişdi.
Citibank Rusiya prezidenti Vladimir Putin tərəfindən kapital müqavilələri məhdudlaşdırılan 45 bank arasında olub.
Xatırladaq ki, Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev hökumətin xarici bankların ölkəni asanlıqla tərk etməsinə icazə verməyəcəyini bildirib.
Alpər