Xəbər lenti

Civə dağıldı, aeroport boşaldıldı - reyslər dayandı
Dünya16:40 24.02.2017

Civə dağıldı, aeroport boşaldıldı - reyslər dayandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanda ölkəyə civə keçirməyə cəhd göstərən şəxs 6 il azadlıqdan məhrum edilib.

Trend bildirir ki, bu barədə Almatı məhkəməsi məlumat yayıb.

Məlumata görə, Almatı-Tbilisi reysi ilə ölkəyə gələn şəxsin üzərinə hava limanında baxış zamanı 1,9 kiloqram civə tapılıb.

Dəlildən yaxa qurtarmaq istəyən şəxs civəni zibil qutusuna tökməyə çalışıb, amma bu zaman kimyəvi maddəni döşəməyə dağıdıb.

Hadisə insanların təcili evakuasiyasına və aeroportun işinin bir saat yarım dayanmasına səbəb olub. Nəticədə 6 reys ləngiyib.

Məhkəmə həmin şəxsə 6 il cəza kəsib.

Qaynarinfo.Az