Xəbər lenti

CNN: ABŞ-da qar fırtınası üzündən bir milyon ailə elektriksiz qaldı
Dünya07:20 24.12.2022

CNN: ABŞ-da qar fırtınası üzündən bir milyon ailə elektriksiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da təxminən 1 milyon ailə ölkəyə gələn qar fırtınası səbəbindən işıqsız qalıb.
Qaynarinfo bu barədə CNN-ə istinadla xəbər verir.
Müştərilərin elektrik enerjisindən kütləvi şəkildə kəsilməsinə səbəb güclü külək, qar yağması və temperaturun aşağı düşməsi olub. Telekanalın məlumatına görə, təbii fəlakət artıq bir neçə nəfərin ölümünə səbəb olub.
Eyni zamanda, sinoptiklər ölkənin Orta Qərbi və şərqindən keçən fırtınanın güclənəcəyini proqnozlaşdırırlar. Yollar qarla örtülüb, sahilyanı əraziləri okean dalğaları basıb. Kanalın məlumatına görə, ölkədə tüğyan edən təbii fəlakət səbəbindən uçuşlar təxirə salınıb, yollar bağlanıb.
Alpər