Xəbər lenti

CNN: ABŞ qaz üzündən Aİ-nin birliyinə xələl gəlməməsi üçün plan hazırlayır
Dünya05:36 27.07.2022

CNN: ABŞ qaz üzündən Aİ-nin birliyinə xələl gəlməməsi üçün plan hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Baydenin administrasiyası karbohidrogen tədarükünün azalması səbəbindən mümkün qaz ehtiyatlarının çatışmazlığının Aİ ölkələrinin Rusiya Federasiyasına təzyiq məsələsində birliyini poza biləcəyindən narahatdır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-ə mənbələrinin verdiyi məlumatda deyilir.
Mənbələrin bildirdiyinə görə, ABŞ hakimiyyəti bunun baş verməməsi üçün tədbirlər görür. Xüsusilə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohşteyn Avropanın qış üçün qaz tədarükünün qeyri-kafi olacağı təqdirdə Aİ və ABŞ arasında fövqəladə halların planlaşdırılmasını müzakirə etmək üçün Paris və Brüsselə səfər edib.
Bundan əlavə, bu həftə Vaşinqton Aİ ölkələrinin nümayəndələri ilə Avropadakı atom elektrik stansiyalarında elektrik enerjisi istehsalının artırılmasını müzakirə etməyi planlaşdırır. Xüsusən də ABŞ rəsmiləri Almaniya hakimiyyətini nüvə enerjisindən tamamilə dayandırılmasını təxirə salmağa və ölkədəki üç AES-in ömrünü uzatmağa inandırmaq istəyirlər.
Eyni zamanda, Amerika rəsmilərindən biri bildirib ki, Avropadakı enerji böhranı "ABŞ-ı vura, təbii qazın və elektrik enerjisinin qiymətini qaldıra bilər”. Həmçinin, onun sözlərinə görə, bu, "Rusiyaya münasibətdə Avropanın dayanıqlılığı və birliyi üçün ciddi sınaq olacaq”.
Alpər