Yunanıstan tərəfi Türkiyənin F-16 qırıcılarını izləmək üçün S-300 hava hücumu və müdafiə raket sistemindən istifadə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "CNN Türk"ə Milli Müdafiə Nazirliyindəki mənbə istinadən məlumat
yayıb.
"Türkiyə Milli Müdafiə Nazirliyindən əldə olunan məlumata görə, avqust ayında Egey və Aralıq dənizi üzərində beynəlxalq hava məkanında Türkiyəyə məxsus F-16 qırıcılarının uçuşu zamanı "peşəkar şərtlərə uyğun olmayan böyük insident baş verib", deyə məlumatda qeyd edilir.
Hadisə zamanı Türkiyə qırıcıları Yunanıstana məxsus olan və Krit adasında yerləşdirilən Rusiyanın S-300 raket sistemləri ilə təhdid edilib. S-300 sistemlərinin hədəf izləmə və raket yönləndirmə radarı bu müddət ərzində türk qırıcılarının hərəkətlərini izləyib və iki yer-hava raketi missiyası on min fut məsafədən qırıcıya doğru yönəldilib.
Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan tərəfinə xəbərdarlıqları edib.
"Bu düşməncəsinə hərəkətlərə baxmayaraq, türk təyyarələri onlara verilən tapşırıqları yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar", deyə nazirlikdəki mənbə bildirib.
M.Arif