Amerika prezidenti Co Bayden Konqresdən Ukraynaya yardım üçün 33 milyard dollar istəyib.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, Baydenin təklif etdiyi 33 milyardlıq paketə 20 milyard dollar hərbi, 8.5 milyard iqtisadi və 3 milyard isə humanitar yardım
daxildir.
Bayden bildirib ki, Ukraynanı özünü müdafiə etməyə kömək edəcək bu təklifin konqres üzvləri tərəfindən təsdiqlənməsi kritik vacibdir.
"Bu kiçik məbləğ deyil, ancaq aqressiyanın baş verməsinə imkan versək, bu, daha baha başa gələcək”,- Bayden deyib.
Bayden sərt ritorikasına baxmayaraq, Amerikanın Rusiyaya hücum etmədiyini, sadəcə, Ukraynaya özünü Rusiya aqresiyasına qarşı qorumağa kömək etdiklərini deyib.
Son günlər Rusiyanın Amerika və Qərb ölkələrini Ukraynaya göstərdikləri dəstəyə görə təhdid etməsini isə Bayden Rusiyanın çarəsizliyi adlandırıb.
"Bu Rusiyanın planladığı şeyləri edə bilmədiyinə görə yaşadığı çarəsizliyi göstərir”,- Bayden bildirib.
Bayden həmçinin Rusiyanın nüvə silahı təhdidinə və Avropaya qaz nəqlini dayandırmasına da cavab verib. O heç kimin nüvə silahı istifadəsi ilə bağlı boş şərhlər etməməli olduğunu bildirib. Bundan əlavə, Bayden Rusiyaya sanksiyaları neft-qaz nəqli ilə şantaj etməyə və aqressiyasının nəticələrindən qaçmağa imkan verməyəcəyini bildirib.
Nurlan Hüseynov