Xəbər lenti

“Coca Cola”-nın üzərində “Sağlamlığa zərərlidir” yazılacaq
Dünya09:36 10.06.2014

“Coca Cola”-nın üzərində “Sağlamlığa zərərlidir” yazılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatının senatı “Coca Cola”-nın və bütün içkilərini  tərkibində şəkər olduğundan onun üzərinə “Sağlamlığa zərərlidir” ifadəsinin yazılması haqda layihəni təsdiqləyib.

Lent.az-ın Türkiyənin “yeniakit” saytına istinadən məlumatına görə, mütəxəssislər bir ay ərzində qanunun tətbiq ediləcəyini bildirib.

Senator Bill Moninq məsələ ilə bağlı suallara cavabında deyib: “Bu içkilər piylənmə, kökəlmə, diş problemləri və şəkər xəstəliyi olanların sağlamlığına ziyandır. Bu qanunun icrasının “ifrat qorunma” kimi təqdim edilməsi ağılsızlıqdır. Xalqın sağlığı hər nədən önəmlidir”.

Mənbə xatırladıb ki, oxşar addımı Türkiyənin də atacağı gözlənilir. Bununla belə qanunun Türkiyədə qəbul edilməsi də maraq doğuran məsələlərdən sayılır. Hökumətin bu yöndə addım atacağı da istisna edilmir.

Qaynar.info