Xəbər lenti

Con Kerridən sensasion açıqlama
Dünya05:15 18.01.2014

Con Kerridən sensasion açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gələcək Suriyada Əsədə yer yoxdur"

“Bəşər Əsədə gələcək Suriyada yer yoxdur”. Qaynar.info xəbər verir ki, musavat.com-un xarici mənbəyə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bugünkü mətbuat konfransında deyib. Onun sözlərinə görə, Əsəd gələcək Suriya dövlətində hər hansı rol ala bilməz. 

Amerika xarici siyasət idarəsinin başçısı həmçinin Vaşinqtonun Bəşər Əsədə təzyiqləri gücləndirmək üçün müxtəlif variantların nəzərdən keçirildiyini söyləyib. “Mən hesab edirəm ki, prosesin gedişində bəlli olacaq, əgər Əsəd gələcək Suriyanın tərkib hissəsi olmağa hazırlaşırsa, o zaman böhrandan hər hansı siyasi çıxış yolu tapılmayacaq, heç nə dəyişməyəcək”.

Qaynar.info