
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Jon Kerri avqust ayının sonunda Türkiyəyə gələcək.
Qaynarinfo.Az türk mətbuatına istinadən xəbər verir ki, səfər zamanı 15 iyul çevriliş cəhdinin nəticələri müzakirə olunacaq və Türkiyə bir daha Fətullah Gülənin ekstradisiyası tələbini irəli sürəcək.
Qeyd edək ki, son vaxtlar Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə problemlər yaşanmaqdadır. Türkiyə mətbuatı Kerrinin səfərilə bağlı xəbəri "sürpriz" adlandırıb.
Qızılgül
Qaynarinfo.Az