Xəbər lenti

Con Kerrinin bu ölkəyə səfəri ləğv edildi
Dünya05:53 04.03.2016

Con Kerrinin bu ölkəyə səfəri ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın dövlət katibi Con Kerrinin mart ayına nəzərdə tutulan Kuba səfəri ləğv edilib.

Report "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, səfər çərçivəsində tərəflərin əsasən insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi. Səfərin ləğv edilməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Con Kerri ötən il avqust ayında Kubada ABŞ səfirliyinin açılması mərasimində iştirak etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu ay Kubaya səfər edəcək. 

Qaynar.info