Xəbər lenti

Con Kerrinin xanımının vəziyyəti ağırdır
Dünya06:37 08.07.2013

Con Kerrinin xanımının vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ dövlət katibi Con Kerrinin xanımının vəziyyəti ağırlaşıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Con Kerrinin həyat yoldaşı 74 yaşlı Tereza Hayns Kerri ağır vəziyyətdə Massaçusets ştatındakı xəstəxanalardan birinə aparılıb.

“Assoşeyted Press”-in yaydığı məlumata görə, xəstəxanadan verilən açıqlamada Tereza Hayns Kerrinin iyulun 7-si günorta saatlarında ağır bir vəziyyətdə xəstəxanaya gətirildiyi, Con Kerrinin də həyat yoldaşının yanında xəstəxanaya gəldiyi bildirilib. Ancaq, T.H.Kerrinin xəstəliyi haqda məlumat verilməyib.

Dövlət katibinin mətbuat katibi Qlen Concon, xanımının vəziyyəti ilə əlaqədar olaraq Con Kerrinin iş qarafikinə bəzi dəyişikliklər ediləcəyini bildirib.

Qeyd edək ki, Tereza Con Kerrinin ikinci həyat yoldaşıdır.

Qaynar.info