Birləşmiş Ştatlar zərurət yaranarsa Əfqanıstanda əlavə antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə
bildirib.
O qeyd edib ki, "Əl-Qaidə” terror şəbəkəsinin "az sayda” yaraqlısı Əfqanıstanda qalıb və vurğulayıb ki, əgər onlar "Amerika üçün təhlükə kimi qəbul edilərsə”, ABŞ prezidenti Co Bayden "bu addımı atmaq hüququnu özündə saxlayır”. Belə ki, o, Əfqanıstanda "Əl-Qaidə” liderinin məhv edilməsinə münasibət bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid ABŞ-ın Kabilə pilotsuz uçan aparatdan zərbə endirməsini "qətiyyətlə pisləyib” və bunu "beynəlxalq prinsiplərin” pozulması adlandırıb. Əfqanıstanda hazırda hakimiyyət Taliban qruplaşmasına məxsusdur.
Alpər