İngiltərənin baş naziri Boris Conson Şotlandiya hökumətinin bölgədə 2014-cü ildən bəri ikinci dəfə müstəqil olmaq üçün referendum keçirilməsi tələbinə rədd cavabı verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, ikinci referendumun 10 ildir Şotlandiyanın qarşı-qarşıya olduğu siyasi qeyri-müəyyənliyi davam etdirəcəyini deyib.
Conson Şotlandiya Muxtar İdarəçiliyinin və Şotlandiya Milli Partiyasının lideri Nikol Stercenin göndərdiyi məktubda 6 il əvvəl həm onun, həm də Aleks Salmondun referendumun bir nəsil boyunca yeganə səsvermə olacağına dair söz verdiklərini xatırladıb.
"Şotlandiya xalqı Birləşmiş Krallığı bir arada tutmaq barədə qərar verdi. Hökumət bu demokratik qərara hörmət göstərməyə davam edəcək. Bu səbəbdən yeni müstəqillik referendumları üçün səlahiyyət verilməsinə qarşıyam", - deyə məktubda qeyd olunub.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Sterce isə Twitter hesabında verdiyi açıqlamada Mühafizəkar Partiyanın demokratiyanı inkar etdiyini bildirib.
Camal