Xəbər lenti

Consondan sonra Ursula Von Der Leyen de Hindistana gedir
Dünya09:31 25.04.2022

Consondan sonra Ursula Von Der Leyen de Hindistana gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen Hindistana səfərə gedir.
Qaynarinfo bu barədə "Reuters” saytına istinadla xəbər verir. 
Avropa Komissiyanın rəhbəri Hindistana səfəri zamanı bu ölkəyə Avropa hərbi avadanlığının satışı və azad ticarət əlaqələrinin bərpa edilməsi məsələlərini müzakirə edəcək.
Boris Consonun ardından Ursula Von der Leyenin bu ölkəyə səfərində məqsəd Qərbin Hindistanın Rusiyadan asılılığını azaltmasına nail olmaqdır. 
"Hazırda bir çox Qərb liderləri Hindistana müraciət edir ki, görək onlara hansı alternativləri təqdim edə bilərik. Vacib məqam ondan ibarətdir ki, biz bu münasibətləri inkişaf etdirmək istəyirik, texnoloji sahədə birgə işləmək və Hindistanı bizim düşərgəmizə gətirmək istəyirik. Səfərimizin əsas mesajı budur”, - deyə Von Der Leyen deyib. 
Leyenin Hindistan baş naziri Narendra Modi ilə AB Amerika arasındakına bənzər yeni ticarət və texnologiya şürası yaradılması haqda razılığa gələcəyi gözlənilir. 
Bundan əlavə, AB-nin Hindistanla 2013-cü ildən tariflərin azaldılması və patent qorunmasına görə dayandırılmış azad ticarət danışıqlarını bərpa edəcəyi də gözlənilir. 
Qeyd edək ki, Avropa Birliyi Çinin yüksəlişini idarə etmək hədəfində Hindistanı əsas müttəfiqi görür.
Nurlan Hüseynov