Xeyriyyəçi və keçmiş maliyyəçi Corc Soros deyir ki, Rusiyanın Ukraynaya təcavüzü sivilizasiyanın sonunu gətirə biləcək üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Soros Davos Forumunda çıxışında
deyib.
Davosda Ümumdünya İqtisadi Forumunda çıxış edən Soros avtokratik rejimlərin yüksəlişdə olduğunu və qlobal iqtisadiyyatın depressiyaya doğru getdiyini bildirib:
"İşğal üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən sağ çıxmaya bilər. Ukraynanın işğalı birdən-birə ortaya çıxmayıb. Dünya getdikcə bir-birinə diametral şəkildə əks olan iki idarəetmə sistemi: açıq cəmiyyət və qapalı cəmiyyət arasında mübarizə meydanına çevrilir”.
Bundan əlavə, Soros Almaniyanın keçmiş kansleri Angela Merkeli də tənqid edib:
"Ancaq əsasən keçmiş kansler Angela Merkelin yürütdüyü merkantil siyasətə görə Avropanın Rusiya yanacaqlarından böyük asılılığı qalır. O, Rusiya ilə qaz tədarükü üçün xüsusi müqavilələr bağladı və Çini Almaniyanın ən böyük ixrac bazarına çevirdi. Bu, Almaniyanı Avropanın ən güclü iqtisadiyyatına çevirdi, lakin indi bunun çox ağır bir bədəli var. Almaniyanın iqtisadiyyatı yenidən istiqamətləndirilməlidir. Və bu çox vaxt aparacaq”.
Ancaq buna baxmayaraq, Soros Avropanın Ukrayna müharibəsində mövqeyini müsbət qiymətləndirib:
"Təfərrüatları araşdırmaq çox vaxt aparacaq, lakin Avropa düzgün istiqamətdə hərəkət edir. O, Ukraynanın işğalına tarixində heç vaxt olmadığı qədər sürətlə, birlik içində və qüvvətlə cavab verdi”.
Nurlan Hüseynov
Şərhlər