Xəbər lenti

Corc Sorosu terrorçu elan etmək üçün imza kampaniyası başladı (YENİLƏNİB)
Dünya09:48 02.09.2017

Corc Sorosu terrorçu elan etmək üçün imza kampaniyası başladı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı sərmayəçi, biznesmen, xeyriyyəçi, milyarder Corc Sorosu terrorçu elan etmək üçün imza kampaniyasına start verilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin rəsmi saytında yerləşdirilən imza kampaniyası 20 avqustda start götürüb və artıq 75 min nəfər tərəfindən imzalanıb. Kampaniya 19 sentyabrda bitəcək və imzalayanların sayı 100 min nəfərə çatsa, Ağ Ev bu barədə rəsmi cavab verməli olacaq.

İmza kampaniyasını yaradanlar Sorosu qəsdən Amerika xalqı və hökümətinə qarşı əməllərdə günahlandırır. Ərizədə "Soros məqsədlərinə çatmaq üçün çox sayda təşkilat yaradıb və Alinski model terror taktikalarından istifadə edərək ABŞ hökümətini məhv etməyə çalışıb. Corc Soros və onun təşkilatları, işçiləri ABŞ-a qarşı terror əməllərində ittiham edilməlidir" deyilir. 

Qeyd edək ki, Aliski modeli yazıçı Saul Alinskinin " Radikal qaydalar" adlı kitabından götürülüb və kitabda hakimiyyəti ələ keçirmək üçün siyasi mübarizənin 13 qaydasından bəhs edilir.

Onu da qeyd edək ki, "Forbes"ə görə Corc Sorosun sərvəti 25 milyard dollar civarındadır və dünyanın ən varlı 33-cü şəxsidir. Macar-yəhudi əsilli amerikalı olan 87 yaşlı Soros bir çox təşkilat və layihələrin müəllifidir. Əsasını qoyduğu bəzi təşkilatlar 2000-ci ildə Serbiyada, 2014-cü ildə isə Ukraynada ABŞ-a dost münasibət göstərən hökümətlər qurmağa çalışmaqda ittiham edilir.

***
Son məlumata əsasən, ərizəni artıq 118 min nəfər imzalayıb.

Gülşən

Qaynarinfo.Az