Xəbər lenti

COVID-19-la mübarizə üçün ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək
Ölkə10:42 09.01.2021

COVID-19-la mübarizə üçün ayrılan vəsaitin bölgüsü müəyyənləşdiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Maliyyə Nazirliyinə bu il yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün ayrılan vəsaitin bölgüsü ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
Qaynarinfo-nun xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi COVID-19 pandemiyasına qarşı mübarizə üçün nəzərdə tutulan vəsaitin bölgüsü və həmin bölgüdə ediləcək dəyişikliklər barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanına əsasən, 2021-ci ildə Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat ayrılması nəzərdə tutulub.