Xəbər lenti

COVİD cərimələri: Azərbaycan niyə Gürcüstan kimi etmir? - Deputat
Ölkə08:26 08.09.2021

COVİD cərimələri: Azərbaycan niyə Gürcüstan kimi etmir? - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hələlik Azərbaycanda koronavirus cərimələrini silməyə getmək olmaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Gürcüstan parlamenti tərəfindən koronavirus cərimələrinin silinməsi fonunda, anoloji addımın Azərbaycanda da atılmamasına münasibət bildirərkən deyib:
"İndilikdə koronavirus pandemiyası davam edir. Belədə insanlardan daha məsuliyyətli olmaq tələb olunur. Koronavirus qadağalarını pozmağa görə təyin olunan cərimələrin silinməsilə bağlı qərar qəbul etsək, insanlarda məsuliyyətsizlik hissi yarana bilər. Bu səbəbdən pandemiyanın sonunu gözləməli və dövlətin qanunlarına əməl etməliyik. Cərimələrin ləğvi barədə qərarı isə pandemiya başa çatandan sonra vermək olar. Bu gün yox”.
Rüfət Sultan