Cəmi bir neçə həftə ərzində ABŞ-da dominant ştama çevrilən və artıq 29 ölkədə aşkarlanan Omicron XBB.1.5 koronavirus ştamı pandemiyanın yeni dalğasına səbəb ola bilər.
Qaynarinfo "Politoco"ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Maria Van Kerkhove
deyib.
"Biz bu ştamın artım üstünlüyündən narahatıq, xüsusən Avropanın bəzi ölkələrində və ABŞ-ın şimal-şərqində XBB.1.5 tez bir zamanda digər dövriyyə variantlarını əvəz etdi".
Bununla belə, ÜST rəsmiləri peyvənd və ya əvvəlki koronavirus infeksiyaları səbəbindən immuniteti olan insanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarının artacağına əmin deyillər.
Van Kerkhove bildirib ki, səhiyyə rəsmiləri 29 ölkədə bu ştamı aşkar ediblər, lakin daha çox ölkədə yayıla bilər.
O, həmçinin ÜST-nin yaxın günlərdə dərcini vəd etdiyi yeni ştamın şiddətinin təhlili üzərində işlədiyini söyləyib.
Alpər