Xəbər lenti

"Çox bərbad oynadıq, biabırçılıqdır" - Emin Mahmudov
İdman23:33 23.11.2025

"Çox bərbad oynadıq, biabırçılıqdır" - Emin Mahmudov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yenə uduzduq. Çox bərbad oynadıq. Hücumda pis təsir bağışlamırıq, epizodlarımız olur. Amma komanda şəklində müdafiədə zəif çıxış edirik”.
Bu sözləri Teleqraf-a açıqlamasında "Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
33 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli”yə 2:3 hesabı ilə məğlub olduqları matçda komandasının həm nəticə, həm də oyun baxımından rəqibdən geri qaldığını bildirib:
"Növbəti tur Tovuzda çətin oyun olacaq. Heç evdə də uda bilmirik… Deyiləsi bir şey yoxdur. Azarkeşlər üçün yaxşı nəticə qazanmaq istəyirik.”