Xəbər lenti

Cozef Borrel: Rusiyanın Ukrayna taxılını bloklaması müharibə cinayətidir
Dünya11:32 20.06.2022

Cozef Borrel: Rusiyanın Ukrayna taxılını bloklaması müharibə cinayətidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya milyonlarla ton Ukrayna taxılının ixracını əngəlləməklə müharibə cinayəti törədir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici İşlər üzrə rəhbəri Cozef Borrel deyib. 
Bazar ertəsi AB xarici işlər nazirləri qlobal ərzaq böhranı şəraitində Rusiya tərəfindən bloklanan Ukrayna taxılını azad etməyin yollarını müzakirə etmək üçün bir araya gəlib.
Müharibə səbəbilə hazırda Ukraynanın 20 milyon tondan çox taxılı siloslarda qalıb.
Rusiya ərzaq böhranına görə məsuliyyəti rədd edir və bunu Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalarla əlaqələndirir. 
AB-nin xarici siyasət üzrə komissarı Cosef Borrel Rusiyanı Ukrayna taxılının daha böyük həcmdə ixracı üçün mühüm əhəmiyyət kəsb edən Qara dəniz marşrutlarını açmağa çağırıb.
O, danışıqlar üçün Lüksemburqa gəldikdən sonra jurnalistlərə deyib: 
"Dünyanın qalan hissəsində insanların aclıqdan əziyyət çəkdiyi halda, milyonlarla ton buğdanın Ukraynada blokda qalması ağlasığmazdır. Bu, əsl müharibə cinayətidir".
Bu arada, Almaniya və digər ölkələr quru yollarla taxıl daşınması üçün çalışırlar. 
Nurlan Hüseynov