Xəbər lenti

Çubays reanimasiyaya yerləşdirildi - Onu zəhərləyiblər?
Dünya 21:37 31.07.2022

Çubays reanimasiyaya yerləşdirildi - Onu zəhərləyiblər?

"Rosnano”nun keçmiş rəhbəri və Vladimir Putinin beynəlxalq təşkilatlardakı davamlı inkişaf üzrə keçmiş nümayəndəsi Anatoli Çubays Giyen-Barre sindromu diaqnozu ilə Avropa klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kseniya Sobçak "Telegram" kanalında məlumat verib.

"Mən indicə Avdotya (Çubaysın həyat yoldaşı-red.) ilə danışdım. Vəziyyəti qeyri-sabitdir. Pisləşdi, birdən qolları və ayaqları işləmədi. Anatoli Borisoviçin şəxsi şərhini təqdim edirik: "Mən Giyen-Barre sindromu diaqnozu ilə Avropa klinikalarından birinə yerləşdirilmişəm. Vəziyyətim orta ağırdır, stabildir”, Sobçak yazır.

Giyen-Barre sindromu (GBS) bir insanın immun sisteminin öz periferik sinirlərinə hücum etdiyi nadir bir vəziyyətdir. Giyen-Barre sindromunun ilk əlamətləri zəiflik və ya "iynələnmə” hisslərini əhatə edir. Onlar adətən ayaqlarda başlayır və sonra qollara və üzə yayıla bilər. Bəzi insanlarda bu əlamətlər ayaqların, qolların və ya üz əzələlərinin iflicinə səbəb ola bilər.

"Ostorojno, novosti” "Telegram" kanalına görə, Çubaysın özünü pis hiss etdiyi zaman olduğu otağa kimyəvi qoruyucu geyimdə olan mütəxəssislər tərəfindən baxış keçirilib, polis əməkdaşları şahidləri dindirib

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->