Xəbər lenti

İdman 10:34 21.07.2022

Cüdoçularımız festivalda iştirak edəcək

Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı təşkil olunacaq.
 
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. 26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən, 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək.

Yarışda Azərbaycan baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.
 
Oğlanlar 
 
-55 kq. 
 
Murad Əliyev
 
-60 kq.
 
Nurlan Kərimli
 
-66 kq. 
 
Eltac Yusifli
 
-73 kq.
 
Qadir Hüseynov
 
-81 kq.
 
İsmayıl Zamanov
 
-100 kq. 
 
Əjdər Bağırov
 
+100 kq.
 
Kənan Nəsibov
 
Qızlar
 
-44 kq. 
 
Xumar Qasımzadə
 
-48 kq. 
 
Könül Əliyeva
 
-52 kq. 
 
Aydan Vəliyeva
 
-57 kq.
 
Fidan Əlizadə
 
+78 kq.
 
Nigar Süleymanova
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->