Xəbər lenti

“Cümhuriyet” qəzetinin baş direktoru da tutuldu
Dünya14:39 11.11.2016

“Cümhuriyet” qəzetinin baş direktoru da tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub.

Son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdarkən İstanbulun hava limanında saxlanılıb. Polis onun hava limanını tərk etməsinə imkan verməyib.

Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı” – “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) – “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.

“Cümhuriyet” qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. (Report)

Qaynarinfo.Az