Xəbər lenti

Curiosity Marsda buludların hərəkətini lentə aldı
Dünya15:20 21.02.2022

Curiosity Marsda buludların hərəkətini lentə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Curiosity kosmik gəmisi Marsda buludların hərəkətini lentə alaraq onların hərəkət sürətini ölçüb.
Qaynarinfo xəbər verir ki, bu haqda NASA-nın məlumatında bildirilir.
Qeyd edilir ki, tədqiqat Şarp dağının yaxınlığında aparılıb. Qırmızı Planetdə buludlar təxminən 80 km yüksəklikdə hərəkət edir, orada temperatur çox aşağıdır və buludların özləri karbon qazından ibarətdir. Bir az aşağıda keçən axınlar artıq su buzu hissəciklərindən ibarətdir.
Mars buludları çox zəifdir, ona görə də onları müşahidə etmək üçün xüsusi təsvir üsullarına ehtiyac var. Orada aydın statik fon əldə etmək üçün bir neçə şəkil çəkilir.
Alpər