Xəbər lenti

“Curiosity” marsoxodu Marsın nadir buludlarını qeydə almağı bacardı
Dünya09:19 01.06.2021

“Curiosity” marsoxodu Marsın nadir buludlarını qeydə almağı bacardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Curiosity” marsoxodu Qırmızı Planetin atmosferində müxtəlif növ buludları qeydə alıb. Ən əsası marsoxod Günəşin işığını əks etdirən "parlayan" buludların şəklini çəkə bilib. 
Qaynarinfo bu haqda məlumatı NASA-ya istinadla xəbər verir. Kosmik agentliyin məlumatına görə, Marsdakı buludlar nadirdir və ümumiyyətlə, planetin ekvatorunda ilin ən soyuq zamanı, Mars Günəşdən ən uzaqda olduğu vaxt baş verir.
Elm adamları "Curiosity”nin üstündə qərar tutan buludların necə şəkilləndiyini başa düşmək üçün araşdırma aparırlar. Yeri gəlmişkən, Mars buludlarının əksəriyyəti su-buz kristallarından ibarətdir və maksimum planetin səthindən 60 km yüksəkdə yerləşirlər. Bununla birlikdə daha yüksək hündürlüklərdə əmələ gələn və guya dondurulmuş karbon qazından və ya quru buzdan ibarət olan buludlar da var.
Alpər