Qaynarinfo xəbər verir ki, bu gün G qrupunda ikinci tura yekun vurulub.
İlk matçında Tunisə çətinliklə qalib gələn İngiltərə bu dəfə debütant və turnirin ən zəif komandalarından biri olan Panama ilə qarşılaşıb. Qarri Sautqeytin yetirmələri asan qələbə qazanaraq Belçika ilə birlikdə 1/8 finala vəsiqəni təmin edib. 6:1 hesabı ilə başa çatan qarşılaşmada İngiltərədən Hari Keyn het-trik, Con Stounz dubl edib, Cessi Linqard bir qol vurub. Panamanın mundialdakı ilk qoluna isə Felipe Baloy imza atıb. Bununla da Panama 1/8 final şansını itirib.
Qeyd edək ki, Belçika dünən Tunisi 5:2 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanıb.
DÇ-2018
G qrupu
II tur
24 iyun
İngiltərə - Panama 6:1
Qollar:Con Stounz, 8; 40. Harri Keyn, 22-pen; 45+1; 62. Cessi Linqard, 36 - Felipe Baloy, 78.