Qaynarinfo xəbər verir ki, bu gün H qrupunda ikinci turun oyunları keçirilib və bununla da tura yekun vurulub.
Turun son oyununda ilk turun məğlubları Polşa və Kolumbiya qarşılaşıb. Oyun tamamilə amerikalıların üstünlüyü şəraitində keçib və nəticədə onlar 3:0 hesablı qələbə qazanıb. Hesabı 40-cı dəqiqədə Yerri Mina açıb. 70-ci dəqiqədə Radamel Falkao fərqi artırıb. 5 dəqiqə sonra isə Xuan Quadrado son nöqtəni qoyub.
Qeyd edək ki, H qrupunun ilk matçında Yaponiya və Seneqal qarşılaşıb - 2:2.
DÇ-2018
H qrupu
II tur
24 iyun
Polşa - Kolumbiya 0:2
Qollar:Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Quadrado, 75.