Xəbər lenti

Daha bir böyük koronavirus pandemiyasının vaxtı açıqlandı
Dünya05:11 28.09.2023

Daha bir böyük koronavirus pandemiyasının vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-2022-ci illər arasında baş vermiş pandemiyaya bənzər koronavirus pandemiyasının yaranması yalnız toxunulmazlığı olan nəslin dünyasını dəyişməsindən sonra mümkündür.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
"Vektor” dövlət elmi mərkəzinin molekulyar virusologiya şöbəsinin müdiri Valeri Loktev bildirib ki, böyük pandemiyasız dövr təxminən 30 il davam edəcək.
Valeri Loktev izah edib ki, adətən pandemiyalar arasındakı müddət insanın gözlənilən ömrünün yarısına bərabər olur, qrip virusu üçün isə bu müddət 57 ildir. O, həmçinin əlavə edib ki, koronavirus infeksiyası artıq mövsümi bir hadisəyə çevrilib.
Qeyd edək ki, koronavirusla bağlı fövqəladə vəziyyət qlobal sağlamlıq üçün 2020-ci ilin yanvarından 2023-cü ilin mayına qədər qüvvədə olub. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını pandemiya elan edib.
Aydın