
Əfqanıstanda dəhşətli hadisə baş verib.
"Ölkə.Az" xəbər verir ki, diplomat mühafizəçi tərəfindən qətlə yetirilib. Bu barədə məlumatı Pakistan mətbuatı yayıb. Məlumata əsasən, Karaçi şəhərində fəaliyyət göstərən Əfqanıstan konsulluğunun diplomatına sui-qəsd təşkil edilib.
Şəxsi mühafizəçi konsulluğun üçüncü katibini odlu silahla qətlə yetirib. Polisdən verilən xəbərə görə, qatil saxlanılıb.
Cinayətin səbəbi hələ məlum deyil. Mühafizəçi isə əfqan əsillidir.
Qaynarinfo.Az