Xəbər lenti

Daha bir gəmi batdı: 56 ölü
Dünya13:50 18.09.2017

Daha bir gəmi batdı: 56 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigeriyada növbəti gəmi qəzası baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Niger çayında baş verən qəzada 60 sərnişindən yalnız 4 nəfər xilas edilib və 56 nəfər ölüb. Sərnişinlərin böyük hissəsinin qadın və uşaqlar olduğu deyilir.

Qəzaya səbəb pis hava şəraiti olub. 

Qeyd edək ki, ötən həftə Niger çayında baş verən digər qəzada 53 nəfər ölmüşdü.

Gülşən

Qaynarinfo.Az