Xəbər lenti

Daha bir hərbi zavodda partlayış - 3 nəfər ölüb
Dünya06:44 29.07.2016

Daha bir hərbi zavodda partlayış - 3 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin müəssisəsində partlayış baş verib. 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində biri NATO nümayəndəsi olmaqla, 3 nəfər ölüb.

Partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib. Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun  məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Qeyd edək ki, iki gün öncə Azərbaycanın Şirvan şəhərindəki hərbi zavodda partlayış baş verib. Nəticədə 2 nəfər həlak olub, çox sayda yaralı var.

Qızılgül

Qaynarinfo.Az