
O, casusluqda ittiham olunur
Yəmənin paytaxtı Sənada məhkəmə Səudiyyə Ərəbistanının xeyrinə casusluq edən jurnalistə ölüm hökmü verib.
İstiPress-in “Lenta.ru” ya istinadən verdiyi xəbərə görə, istintaq Yəhya Əbdülrəqib əl-Cubayhinin 2010-cu ildə şəxsən Səudiyyə Ərəbistanının Sənada olan səfirliyinə getdiyini müəyyən edib. O, səfirliyin diplomatına Yəməndə olan hərbi, siyasi və iqtisadi vəziyyət haqqında məlumatlar ötürüb. Jurnalist hər ay bu məlumatlara görə, 1,2 min dollar alıb.
Yəmənli jurnalistlər bu hadisəni konstitusiyaya, hüquqazidd adlandırıb və Yəməni totalitar rejimə, despotizmə aparan addım hesab ediblər.
Hazırda Yəməndə vətəndaş müharibəsi davam edir. Keçmiş prezident Əli Əkbər Salehi dəstəkləyən və ordunun yarısına nəzarət edən “Ənsar Allah”qrupu paytaxt Sənanı nəzarətdə saxlayır.
Onlara qarşı isə hazırki prezident Əbd Rəbbo Mansur Hadinin başçılıq etdiyi və Səudiyyə Ərəbistanı, o cümlədən koalisiya tərəfindən dəstəklənən qrupdur.
Qaynar.Az