Xəbər lenti

Daha bir ölkə 10 rus diplomatını arzuolunmaz şəxs elan edib
Dünya20:19 05.04.2022

Daha bir ölkə 10 rus diplomatını arzuolunmaz şəxs elan edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaq qərarına gəlib.
Qaynarinfo bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Xarici İşlər Nazirliyi bildirir ki, Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyət və hərəkətlərinin 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu nəzərə alaraq, onları Rumıniya ərazisində arzuolunmaz şəxslər elan etmək qərarına gəlib.