Xəbər lenti

Avropa rus casuslarının ovunda: Onlarla diplomat qovuldu...
Dünya15:30 29.03.2022

Avropa rus casuslarının ovunda: Onlarla diplomat qovuldu...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderland  17 Rusiya diplomatını cəsusluqda ittiham edərək ölkədən qovur.
Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra öz Twitter səhifəsində məlumat verib.
"Rusiyanın Niderlandda yerləşən diplomatik idarələrinə ezam edilmiş və diplomat adı altında fəaliyyət göstərən 17 rus kəşfiyyatçısını ölkədən çıxarır. Bu hərəkət AIVD (Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) və MIVD (Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) məlumatlarına əsasən edilir. Qeyd edilən kəşfiyyatçılar Niderlandın milli təhlükəsizliyinə təhlükədir”, - nazir bildirib.
Eyni zamanda Belçika hökuməti casusluqda şübhəli bilinən 21 rusiyalı diplomatı ölkədən çıxaracağını açıqlayıb.
Bunlar Rusiyanın Brüsseldəki səfirliyinin və Antverpendəki Rusiya konsulluğunun əməkdaşlarıdır. Onların ölkəni tərk etmək üçün iki həftə vaxtı var.
Bu gün İrlandiya rəsmiləri də diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətə görə dörd diplomatın ölkədən çıxarıldığını açıqlayıb.
Həmçinin Çexiya, müttəfiqləri ilə "Rusiyanın Aİ-də kəşfiyyat mövcudluğunu azaltmaq" haqqında birgə qərar çərçivəsində bir rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir sıra Avropa ölkələri bu ölkənin diplomatlarını casusluqda ittiham edərək ölkələrindən qovub. 
Rusiya diplomatik korpusu ən böyük zərbəni Polşadan alıb. Belə ki, 23 martda Polşanın Daxili Təhlükəsizlik Agentliyi 45 rusiyalı diplomatını cəsusluqda ittiham edərək ölkəni tərk etmələrini tələb edib.
Həmçinin Bolqarıstan (10 dilomat), Şimali Makedoniya (5), Slovakiya (3), Estoniya (3), Litva (4) və Latviya (3) Rusiya diplomatını Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətdə ittiham edərək arzuolunmaz şəxs elan edib.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo